Hindistanın baş naziri Kiyevə səfər edib

post-img

Hindistanın Baş naziri Narendra Modi 1992-ci ildə ölkələr arasında diplomatik münasibətlərin qurulmasından sonra Ukraynaya ilk dəfə səfər edib.

NDTV telekanalı xəbər verir ki, səfər bir neçə saat davam edəcək.

Modinin Kiyevə səfərinin təfərrüatları gizli saxlanılır. Hazırda oteldə olan baş nazir Ukraynaya Polşadan qatarla gəlib. O, dünən Varşavada Polşa prezidenti Anjey Duda və baş nazir Donald Tusk ilə görüşüb. Tərəflər gələcək illər üçün əməkdaşlıq planını müzakirə edib və qarşılıqlı fəaliyyət səviyyəsini strateji tərəfdaşlığa yüksəltmək qərarına gəliblər.

Hindistan XİN-in məlumatına görə, Narendra Modi Ukraynada prezident Vladimir Zelenski ilə görüşəcək. Görüşdə ikitərəfli əlaqələrin bir sıra aspektləri, o cümlədən humanitar yardım məsələləri müzakirə olunacaq, Liderlər Ukraynadakı münaqişə mövzusuna da toxunacaqlar. Baş nazir münaqişəsinin həlli ilə bağlı öz baxışını təqdim etmək niyyətindədir.

Xatırladaq ki, Hindistan baş nazirinin iyulun 8-9-da Moskvaya rəsmi səfəri zamanı Rusiya-Ukrayna münaqişənin sülh yolu ilə nizamlanması müzakirə mövzularından biri olub. Öz növbəsində Volodimir Zelenski Modinin Putinlə görüşünü tənqid edərək, onu “sülh səylərinə sarsıdıcı zərbə” adlandırıb.

Dünya