Qazaxıstanda 2024-cü ilin əvvəlindən bəri koronavirus infeksiyasına (COVID-19) 1290 yoluxma halı qeydə alınıb.
AZƏRTAC Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, koronavirusdan ölüm halları baş verməyib.
Monitorinqlər göstərir ki, hazırda ölkədə tənəffüs yolları viruslarının, o cümlədən koronavirus infeksiyasının yayılması müşahidə olunur.
"Dünyada olduğu kimi, Qazaxıstanda da 100 faiz hallarda Omikron variantının müxtəlif ştammları dövr edir", - deyə nazirlikdən bildirilib.
Həmçinin qeyd olunub ki, koronavirus xəstəliyi əksər hallarda yüngül formada keçir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana