Harris rəqəmsal reklama Trampdan daha çox pul xərcləyir

post-img

ABŞ-nin vitse-prezidenti Kamala Harris rəqəmsal reklamlara daha çox ənənəvi mediaya diqqət yetirən sabiq prezident Donald Trampdan 10 dəfə çox pul xərcləyib.

Bu barədə Financial Times (FT) məlumat yayıb.

Nəşrin yazdığına görə, hazırkı prezident Co Bayden prezidentlik yarışından imtina edəndə indiyədək K.Harris bu məqsədlərə 57 milyon dollar, “pula qənaət edən” Tramp isə 5,6 milyon dollar xərcləyib. FT xatırladır ki, dörd il əvvəl Trump kampaniyası bu vaxta qədər bu növ reklamlara 91 milyon dollar xərcləyib.

S.ELAY

XQ

 

Dünya