Finlandiyada yeni müdafiə konsorsiumu yaradılıb

post-img

Finlandiyada ölkənin müdafiə kompaniyalarını birləşdirən Summa Defense adlı yeni müdafiə konsorsiumu yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə konsorsiumun mətbuat üçün açıqlamasında deyilir.

"Avropada müdafiə sənayesini inkişaf etdirməyə, innovasiyalar etməyə və sürətləndirməyə böyük ehtiyac var. Yeni şirkətimiz bu çağırışa cavab verir, kiçik və orta həcmli Finlandiya müdafiə şirkətləri üçün şərait yaradır ki, onlar uğurla böyüyə, inkişaf edə və beynəlxalq səviyyəyə çıxa bilsinlər", - deyə Summa Defense konsorsiumundan bildiriblər.

Qeyd olunub ki, yeni maliyyələşdirmə yolları müdafiə məhsulları və xidmətlərinə əhəmiyyətli dərəcədə artan tələbatın ödənilməsinə kömək edəcək. Konsorsium 2028-ci ilə qədər dövriyyəsini 500 milyon avroya çatdırmağı planlaşdırır və növbəti 12 ay ərzində birjaya çıxmağı düşünür.

Dünya