Fransa təxribatdan sonra qatarların hərəkətinin normallaşdığını açıqlayıb

post-img

İyulun 26-na keçən gecə dəmir yolu relslərində törədilən təxribatdan sonra Fransada qatarların hərəkəti tamamilə normallaşıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu RTL telekanalının efirində nəqliyyat nazirinin nümayəndəsi Patris Verqriet deyib.

“Bu səhər həm Şərq xəttində, həm də Atlantik xəttində bütün qatarlar işləyir, şimal xəttində də hərəkət normal vəziyyətə qayıdıb”.

Xatırladaq ki, cümə günü Olimpiya Oyunlarının açılış mərasimindən bir neçə saat əvvəl Fransa Milli Dəmir Yolları Şirkətinin sürət qatarları şəbəkəsinə kütləvi hücum olub.

Dünya