İran prezidentinin Rusiyaya səfəri nəzərdə tutulur

post-img

İranın seçilmiş prezidenti Rusiya tərəfindən Kazanda keçiriləcək BRİKS sammitinə dəvətlidir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya”ya bildirib. 

Onun sözlərinə görə, Vladimir Putin qarşıdakı təmas üçün hazırlaşır. 

İyulun 30-da Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi Rusiya nümayəndə heyətinin dəvət olunduğu Məsud Pezeşkiyanın andiçmə mərasimi keçiriləcək. 

İslam Respublikasının Rusiya Federasiyasındakı səfirliyindən “İzvestiya”ya bildirilib ki, yeni prezidentin Dövlət Dumasının sədri ilə ikitərəfli görüşü nəzərdə tutulub. Pezeşkianın sammitdə iştirakını təsdiqləyəcəyi gözlənilir. 

İrab prezidenti bir qədər əvvəl Rusiya lideri ilə telefon danışığında administrasiyasının Moskva ilə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu bildirib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya