"Mitsubishi" "Nissan" və "Honda" alyansına qoşulmağı planlaşdırır

post-img

Yaponiyanın avtomobil istehsalçısı "Mitsubishi Motors" "Nissan-Honda" alyansına qoşulmağı planlaşdırır.

Bu barədə "Nikkei" öz mənbələrinə istinadən xəbər verir.

"Honda" və "Nissan" 2024-cü ilin martında hərtərəfli əməkdaşlıq müqaviləsi bağlayıblar. "Mitsubishi" alyansa qoşulacaq və üç şirkət birlikdə çalışacaq. "Nikkei" iddia edir ki, "Mitsubishi Motors" "Honda" və "Nissan" ilə məlumatların açıqlanmaması müqaviləsi imzalayıb və danışıqlara başlayıb.

Şirkətlər avtomobil proqram təminatını standartlaşdırmaq niyyətindədirlər: "Nissan" və "Honda"nın əsas proqram təminatı hazırlayacağı, həmçinin onun "Mitsubishi" avtomobillərində istifadəsini müzakirə edəcəkləri gözlənilir. Avtomobil istehsalçıları bir-birinin model çeşidlərini tamamlamaq imkanlarını da müzakirə edəcəklər.

S.ELAY

XQ

Dünya