Çin rəsmisi NATO-ni tənqid edib

post-img

Şimali Atlantika Alyansı (NATO) Əfqanıstan, İraq, Liviya və Ukraynada münaqişələrə başlayıb. Bunu iyulun 25-də keçirdiyi brifinqdə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqanq deyib.

Məlumatı “İzvestiya.ru” yayıb. 

“NATO dağıntılar törədən bir maşındır, o, Ukrayna və Əfqanıstan, İraq və Liviyanın regionlarına və sakinlərinə fəlakətlər gətirib”, - deyə “China News” onun sözlərini sitat gətirib.

Syaoqanq əlavə edib ki, ABŞ və digər NATO ölkələri Kiyevə silah verməklə Ukraynadakı münaqişəni uzadır. Onun fikrincə, onlar “oduna od tökürlər” və bu münaqişədən qazanc əldə edirlər, bundan özlərinə sərvət qazanmağa çalışırlar.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya