Putin Mirziyoyevi təbrik edib

post-img

Rusiya Prezidenti Vladimir Putin özbək həmkarı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib. Təbrik teleqramı iyulun 24-də Kremlin saytında  dərc olunub. Məlumatı “İzvestiya.ru” verib. 

“Prezident kimi fəaliyyətinizlə siz həmvətənləriniz arasında böyük hörmət və yüksək beynəlxalq nüfuz qazanmısınız. Sizin rəhbərliyinizlə Özbəkistan sosial və iqtisadi sahədə mühüm uğurlar əldə edib, dünya miqyasında öz mövqelərini möhkəmləndirib”, - Putin yazıb.

Rusiya prezidenti təbrikində, həmçinin Rusiya Federasiyası ilə Özbəkistan arasında konstruktiv dialoqun və sıx əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya