Putin maliyyə intizamına nəzarəti artırmağı tələb edib

post-img

Rusiya Federasiyasının büdcə gəlirləri artır, lakin ölkədə əlavə pul yoxdur, ona görə də maliyyə intizamına nəzarət etmək lazımdır. Bunu Rusiya Prezidenti Vladimir Putin Hesablama Palatasının sədri Boris Kovalçukla görüşündə bildirib.

Maliyyə Nazirliyi isə iyulda Rusiya büdcəsinə 145,3 milyard rubl məbləğində əlavə neft və qaz gəlirləri gözlənildiyini bəyan edib.

“Federal büdcənin əlavə neft və qaz gəlirlərinin gözlənilən həcmi 2024-cü ilin iyul ayında 145,3 milyard rubl həcmində proqnozlaşdırılır”, - deyə Maliyyə Nazirliyi bildirib.

Əvvəllər nazirlik bildirirdi ki, Rusiya büdcəsindən neft şirkətlərinə yanacaq amortizatorlarına görə ödənişlərin məbləği iyunda 158,1 milyard rubl, may ayında 201,7 milyard rubl, apreldə 187,2 milyard rubl, martda 164,4 milyard rubl, fevralda - 127,9 milyard rubl və yanvarda - 146,6 milyard rubl təşkil edib. 

P.ƏMİRCANOV

XQ

 

Dünya