Vitse-prezident Kamala Harrisin komandası kampaniyanın ilk 24 saatında 81 milyon dollar topladığını bildirib. Bunun ilk 24 saat ərzində tarixin ən böyük nəticəsi olduğu iddia edilir. İanələr haqqında məlumatı X sosial şəbəkəsində xanım Harrisin nümayəndəsi Kevin Munoz verib.
Kampaniya elan edildikdən sonra ilk beş saat ərzində kiçik donorlar üçün ActBlue platformasında 27,5 milyon dollar toplanıb və bir neçə saat sonra 55 milyon dollara çatıb ki, bu da 2024-cü ildə bir gündə toplanan rekord məbləğ idi.
"Politico" xəbər verir ki, bir gündə fandreyzinq üzrə bütün zamanların əvvəlki rekordu 2020-ci ildə müəyyən edilib. Daha sonra ABŞ Ali Məhkəməsinin ən yaşlı üzvü Rut Beyder Ginsburqun ölümündən sonra 70,6 milyon dollar toplanıb.
Xatırladaq ki, Co Bayden iyulun 21-də prezidentlik yarışından çıxdığını elan etdi və vitse-prezident Kamala Harrisin Demokrat namizədliyinə namizədliyini irəli sürdü. Prezidentin bəyanatında göstərilirdi ki, o, səlahiyyət müddətinin sonuna kimi vəzifəsini davam etdirmək niyyətindədir.
S.ELAY
XQ