Şolts Baydenin addımını “təqdirəlayiq” adlandırıb

post-img

Almaniya Kansleri Olaf Şolts bildirib ki, ABŞ Prezidenti Co Baydenin bu il noyabrın 5-də keçiriləcək prezident seçkilərində namizədliyini geri götürməsi təqdirə layiqdir. Məlumatı “Anadolu” yayıb.  

“Dostum Co Bayden ölkəsi, Avropa və dünya üçün çox şey əldə etdi. Onun sayəsində Transatlantik əməkdaşlıq sıxdır, NATO güclüdür, ABŞ bizim üçün yaxşı və etibarlı tərəfdaşdır. Onun yenidən namizəd olmamaq qərarı alqışa layiqdir”, - kansler H sosial mediada yazıb.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden noyabrın 5-də keçiriləcək seçkilərdə namizədliyini geri götürdüyünü açıqlayıb.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya