Bayden ABŞ prezidentliyinə kimin namizəd olacağına qərar verib

post-img

ABŞ-ın hazırkı prezidenti Co Bayden prezidentlik yarışını tərk etdikdən sonra vitse-prezident Kamala Harrisin namizədliyini “tam dəstəklədiyini” bildirib.

O, həmçinin demokratları “Trampı məğlub etməyə” çağırıb.

"2020-ci ildə partiyanın namizədi olaraq ilk qərarım Kamala Harrisi vitse-prezidentim kimi seçmək oldu. Bu, verdiyim ən yaxşı qərar idi. Bu gün Kamala partiyamızın namizədi olmasına tam dəstəyimi və təsdiqimi təqdim etmək istəyirəm". Demokratlar - birləşmək və Trampı məğlub etmək vaxtıdır. Gəlin bunu edək", - Bayden yazıb.

S.ELAY

XQ

Dünya