Kamala Harris qısa müddətdə rekord məbləğdə ianə toplayıb

post-img

ABŞ Demokratlar Partiyası Co Bayden semki marafonundan çıxdığını elan etdikdən sonra kiçik donor platforması olan ActBlue vasitəsi ilə 55 milyon dollardan çox pul toplaya bilib. Bu, 2024-cü ildə bir gün üçün toplanan rekord məbləğdir.

İanələr haqqında məlumat "Politico" tərəfindən verilir. Elandan sonra ilk beş saatda 27,5 milyon dollar toplanıb, daha sonra ActBlue bir gündən az müddətdə 46,7 milyon dollar topladığını bildirdi ki, bu da artıq 2024-cü il üçün gündəlik rekorddur. Pul həm Kamala Harrisin başladığı kampaniyaya, həm də seçkilərdə iştirak edəcək digər demokratların kampaniyalarına yönəldilir.

"Politico"nun yazdığına görə, vəsait axını "bu dövrədə indiyə qədər görmədiyimiz demokratik həvəsi" əks etdirir. Toplanan məbləğ platformanın “indiyə qədərki ən yaxşı günləri” ilə müqayisə edilə bilər, lakin hələ də 2020-ci ilin rekordundan aşağıdır. Daha sonra ABŞ Ali Məhkəməsinin ən yaşlı üzvü Rut Beyder Ginsburqun ölümündən sonra 70,6 milyon dollar toplanıb.

81 yaşlı Co Bayden bir gün əvvəl, iyulun 21-də prezidentlik yarışından geri çəkilmək qərarını açıqlamışdı. Bir çox demokratlar Donald Trampla debatdan və bir sıra digər ictimai çıxışlardan sonra onu seçkidən çəkilməyə çağırırdı. Cənab Bayden bu qərarı onunla izah edib ki, o, səlahiyyət müddətinin qalan hissəsində prezident kimi fəaliyyət göstərməyə fokuslansa, bunun ölkənin və partiyanın maraqlarına uyğun olacağına inanır. Dövlət başçısı Demokratlar Partiyasını Kamala Harrisi namizəd kimi irəli sürməyə dəvət edib. Xanım Harris də namizədlik uğrunda mübarizə aparmağa razılıq verib.

S.ELAY

XQ

Dünya