Co Bayden administrasiyasının Ukraynanın maraqlarına sadiqliyi və davamlı dəstəyi dəyişməz olaraq qalır və Birləşmiş Ştatlar ukraynalıların ərazi itkilərini qəbul etmək şərti ilə Ukrayna hakimiyyətini Moskva ilə danışıqlara məcbur etmək niyyətində deyil. Bunu Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi ABŞ prezidentliyinə namizəd Donald Trampın seçkilərdə qalib gələcəyi təqdirdə müharibəni dondurmaq planlarını şərh edərkən deyib.
Kirbi qeyd edib ki, Ağ Ev Donald Trampın müşavirləri ilə danışıqlarının məzmununu şərh edə bilməz.
Reuters bu həftə keçmiş prezident Donald Trampın komandasına yaxın mənbələrə istinadən xəbər verib ki, iki yaxın müşaviri prezidentliyə namizədə Ukraynada müharibəyə son qoymaq planını təqdim ediblər. Agentlik mənbələrinin məlumatına görə, plan Kiyevin Moskva ilə danışıqlar masası arxasına oturaraq, Ukraynanın şərqində Rusiya hakimiyyəti tərəfindən indi ələ keçirilən ərazilərin itirilməsinə razılıq verməsini nəzərdə tutur.
“Prezidentin (Co Bayden) Ukraynanı dəstəkləmək öhdəliyi həmişə... sabit, güclü və ardıcıl olub. Biz Ukraynanı dəstəkləyən 50-dən çox ölkədən ibarət qlobal koalisiya yaratdıq”, – Kirbi bugünkü mətbuat brifinqində deyib. “Və (Bayden) başa düşür ki, Ukraynanın döyüş meydanında mövqeyi nə qədər güclü olsa, vaxtı gələndə danışıqlar masası arxasında daha güclü (ukraynalıların) mövqeyi olacaq”. Və bilirsiniz ki, bu vaxt gələndə kim qərar verir - Prezident Zelenski. Və başqa heç kim."
S.ELAY
XQ