Avropa Şurasının rəhbəri Şarl Mişel Macarıstanın baş naziri Viktor Orbanın “sülh” təkliflərini rədd edərək deyib ki, “Ukraynasız Ukraynada heç bir sülh danışıqları aparıla bilməz”. Reuters xəbər verir ki, cənab Mişel bu barədə Macarıstanın baş nazirinə cavab məktubunda yazıb.
Ş.Mişel, həmçinin bəyan edib ki, Aİ-nin Kiyevə silah tədarükünü artırmaq siyasəti “müharibə siyasəti deyil, əksinədir”. Bundan başqa, cənab Mişel yazıb ki, Aİ Rusiya qoşunlarının Ukraynadan çıxarılmasında israrlıdır.
Avropa Şurasının rəhbəri təkrar edib ki, Macarıstanın Brüsselin razılığı olmadan Ukraynadakı münaqişə ilə bağlı sülh təşəbbüsləri irəli sürməyə haqqı yoxdur. “Aİ Şurasına növbəli sədrlik Avropa İttifaqını beynəlxalq səhnədə təmsil etmək səlahiyyətinə malik deyil və Aİ adından danışıqlar aparmaq mandatı almayıb”, - o vurğulayıb.
S.ELAY
XQ