Nəşr qeyd edir ki, ölkə rəhbərliyi münaqişəni dayandıracaq plan hazırlayır.
Ukrayna hökuməti Rusiya ilə danışıqlara başlamağı və təxminən 1000 kilometrə qədər uzanan cəbhə xəttində davam edən döyüşlərə son qoymağı planlaşdırır. “The New York Times” yazır ki, indi ruslar şərqdə əsas təchizat yoluna yaxınlaşır və döyüşlər hər gün daha da şiddətlənir.
Qəzet onu da qeyd edib ki, Ukrayna bu yaxınlarda Qərb müttəfiqləri tərəfindən verilən silah və sursatların Rusiyanın şimal-şərqində Xarkova hücumunu dayandıra bildiyi kimi Rusiya qüvvələrini saxlamağa kömək edəcəyinə ümid edir. Eyni zamanda, ABŞ rəsmiləri bəyan ediblər ki, Rusiya Federasiyası çətin ki, yaxın aylarda əhəmiyyətli ərazi uğurları əldə etsin.
NYT yazır: "Müharibə iki il yarım həddinə çatdığı üçün Ukrayna hərbi əməliyyatların danışıqlar yolu ilə dayandırılması planını hazırlayır. Prezident Vladimir Zelenski bu ilin sonunda ikinci beynəlxalq sülh sammitini keçirmək istədiyini və Rusiya rəsmilərinin iştirak etməli olduğunu söyləyir".
Məlum olduğu kimi, ötən ay İsveçrədə baş tutan əvvəlki sammitə Moskva dəvət olunmayıb.
S.ELAY
XQ