Şimali Koreya nümayəndə heyətinin rəhbəri Moskvada ölü tapılıb

post-img

Rusiya mətbuatı xəbər verir ki, Şimali Koreya nümayəndə heyətinin üzvü Kim Kum Çol Rusiyanın Zelenoqrad şəhərində gölməçədə boğularaq ölüb.

Koreyalı Angstrem çimərliyinə dincəlməyə gedib, bir neçə saatdan sonra həmkarları həyəcan təbili çalıb və bir neçə saat ərzində onu axtarıblar, lakin tapa bilməyiblər. Ertəsi gün həmin şəxsin cəsədi gölməçədə suyun üzünə çıxıb. Faktla bağlı araşdırma aparılır.

“Reuters”in məlumatına görə, ölən şəxs Kim İr Sen adına Hərbi Universitetə ​​rəhbərlik edib. Kim Kum Çol Moskva və Pxenyan hərtərəfli strateji tərəfdaşlıq imzaladıqdan sonra iki ölkə arasında mübadilə çərçivəsində Rusiyaya gələn Şimali Koreyanın elit nümayəndə heyətinə rəhbərlik edib. Səfərin məqsədi və Rusiyada qaldıqları yer də daxil olmaqla, başqa təfərrüatlar verilməyib.

S.ELAY

XQ

Dünya