İsrail və HƏMAS sülhün şərtlərini razılaşdırıblar

post-img

İsrail və HƏMAS Qəzza zolağında münaqişənin sülh yolu ilə həllinin əsas şərtləri barədə razılığa gəliblər. Məlumatı “Washington Post” öz mənbələrinə istinadən verib. 

ABŞ administrasiyasının adının çəkilməsini istəməyən nümayəndəsinin sözlərinə görə, sənədin əsas müddəaları razılaşdırılıb və tərəflər onun icrasının detallarını müzakirə edirlər. Lakin digər Amerika rəsmilərinin nəşrə izah etdiyi kimi, bu, sazişin imzalanacağı anlamına gəlmir.

Mənbələr deyiblər ki, yekun razılaşma çox güman ki, “yaxın gələcəkdə əldə edilməyəcək” və potensial sövdələşmənin təfərrüatları “mürəkkəbdir və işlənib hazırlanması üçün vaxt lazımdır”.

Elşən AĞALAR
XQ

Dünya