Çinin Tianjin Elm və Texnologiya Universitetitinin tədqiqat qrupu tərəfindən “mini beyin”lə təchiz edilmiş robot yaradılıb. Bioloji insan beyninin bəzi funksiyalarını özündə daşıyan beyin insan beynindən fərqli olaraq, xüsusi çip vasitəsilə idarə olunur.
Çipin istifadəsi ilə robotun beynini idarə etmək, hədəflərini müəyyənləşdirmək, maneələri necə dəf etdiyini və digər hərəkətlərini izləmək mümkündür. Robotun bir xüsusiyyəti də, çip tərəfindən ona ötürülən elektrik siqnalları vasitəsilə ətrafda baş verən hadisələri anlaması və şərh edə bilməsidir.
Qeyd edək ki, “MetaBOC” adı verilən bu mini beyinlərdən daha çox elmi və texnoloji təcrübələr zamanı istifadə olunur. Lakin onu da bildirək ki, bu süni beyin növü ilk dəfədir ki, hazırlanmır. 2018-ci ildə tədqiqatçılar fosilləşmiş (daşlaşmış-müəllif) sümüklərin DNT-sindən mini beyin yaratmağa nail olmuşdular.
FİDAN
XQ