Mixail Boqdanov Rusiya XİN başçısının müavini vəzifəsindən azad edilib

post-img

Rusiya prezidenti Vladimir Putin Mixail Boqdanovu xarici işlər nazirinin müavini və prezidentin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi vəzifələrindən azad edib. Məlumatı “İnterfaks.ru” verib. 

“Mixail Leonidoviç Boqdanov Rusiya Federasiyası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilsin”, - rəsmi hüquqi informasiya portalında yerləşdirilmiş fərmanın mətnində deyilir.

Digər sərəncamla Boqdanov Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edilib. Bu fərmanlar imzalandığı gündən qüvvəyə minir.

Boqdanov 2011-ci ilin iyun ayından Rusiya Federasiyası xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. 2014-cü ilin oktyabrında o, prezidentin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi təyin edilib.

P.ƏMİRCANOV
XQ

Dünya