Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisiyə rəsmi səfər edəcək

post-img

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 3-də Tbilisiyə rəsmi səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, A.Mirzoyan səfər çərçivəsində Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə ikitərəfli münasibətlər, regiondakı vəziyyət və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri 

Tbilisi

Dünya