Sel və daşqınlar Qırğızıstanda 13 adamın həyatına son qoyub

post-img

Bir neçə gündür ki, Qırğızıstanın Oş vilayətində sel və daşqınlar ara vermir. 

İyulun 1-nə olan son məlumata görə vilayətin Nokat rayonunda doqquz, Kara-Kulcin rayonunda dörd adam sel və daşqınların qurbanı olub. 

Bu haqda Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Məlumatda deyilir ki, yüzlərlə adam təbii fəlakət nəticəsində evlərini tərk edənlərin  həyatının xilas olunmasına cəlb edilib. 

Sel və daşqınlar bu rayonlarda yolları, körpüləri, elektrik yarımstansiyalarını yararsız hala salıb.

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Bişkek

Dünya