Norveç hökuməti Şpitsbergen arxipelaqında sonuncu şəxsi torpaq sahəsinin satışını dayandırıb. Arktik okeanı ilə arxipelaqın cənub-qərbindəki Sora Fagerfjordda, təxminən 60 kvadrat kilometr ərazini əhatə edən torpaq sahəsi 300 milyon avroya satışa çıxarılıb. “The Guardian” AFP-yə istinadən xəbər verir ki, krallığın ticarət və sənaye naziri Sesiliya Myrset torpaq sahəsinin xarici alıcılara satılması Norveçin maraqlarını təhdid edə bilər.
Ərazi sahiblərinin vəkili Per Küllinqstadın sözlərinə görə, Çindən olan alıcılar torpaq sahəsini almaqda maraqlı olublar. Hüquqşünas bildirib ki, çinli alıcılar artıq bir müddətdir Arktikaya və Şpitsbergenin özünə maraq göstərirlər. "Bloomberg" bundan öncə bildirmişdi ki, hələ 2014-cü ildə Çindən olan bir alıcının kömür hasilatı üçün arxipelaqdakı torpaq sahələrindən birini almaq marağı ilə bağlı mübahisələr olub. Daha sonra Norveç saytıhəmin ərazini satın alıb.
Sülh Paris konfransı çərçivəsində imzalanan 1920-ci il müqaviləsinə əsasən, arxipelaq üzərində Norveçin suverenliyi təsbit edilib. Bununla birlikdə, müqavilənin bütün iştirakçı dövlətləri Svalbardın tam bərabərliyi və silahsızlaşdırılmış statusu əsasında kommersiya və tədqiqat fəaliyyətlərini həyata keçirmək hüququna malik idilər. Müqaviləni imzalayan ölkələr arasında Çin, ABŞ, Böyük Britaniya və Rusiya var.
S.ELAY
XQ