Avropa İttifaqına sədrlik bu gündən Macarıstana keçib

post-img

İyulun 1-də Macarıstan altı ay müddətinə – 2024-cü ilin sonuna qədər Avropa İttifaqı Şurasına sədrlik edəcək. Bundan əvvəl təşkilata sədrliyi Belçika edib, Macarıstandan sonra isə bu vəzifə Polşaya keçəcək. Xəbəri “İzvestiya.ru” verib. 

Macarıstan Ukraynadakı münaqişə və miqrasiya da daxil olmaqla bir sıra məsələlərdə Aİ rəhbərliyi ilə ciddi fikir ayrılıqları yaşayır. Budapeşt sədrliyinin devizini belə seçib: “Gəlin Avropanı yenidən möhtəşəm edək!”

Macarıstan Prezidenti Viktor Orban bəyan edib ki, ölkənin sədrliyinin ən vacib məsələsi İkrayna münaqişəsini başa çatdırmaqdır. 

P.ƏMİRCANOV
XQ

Dünya