216 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 29-da və 30-da ümumi çəkisi 216 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti verib. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 210,1 kiloqramdan çox marixuana, 2,5 kiloqramdan artıq heroin, 1,6 kiloqramdan çox metamfetamin, 1,8 kiloqrama yaxın həşiş, həmçinin 1365 ədəd metadon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 474 ədəd çətənə kolu olub.

Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat