Bayden ailəsi onun seçki yarışından çıxmasını istəmir

post-img

Amerikanın CNN telekanalı mənbələrinə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Baydenin ailəsi teledebatdakı fəlakətli çıxışdan sonra onu seçki yarışında qalmağa inandırır. Məlumatı “İzvesiya.ru” verib. 

Telekanalın məlumatına görə, prezidentin qohumları onu mübarizəni davam etdirməyə inandırır və Kemp Deviddəki iqamətgahında ailə üzvləri ona birmənalı dəstək verəcəklərini bildirirlər.

Mənbələrdən biri qeyd edib ki, “Prezident Baydeni keçmiş prezident Donald Trampla narahat edən debata hazırlayan komandadan açıq-aydın narazı qalan ailə, Baydenin baş məsləhətçilərindən hər hansı birinin işdən çıxarılıb-çıxarılmaması və seçkiqabağı kampaniyanın cəvəlində dəyişikliklər edib-etməmək məsələsini müzakirə edib”.

P.ƏMİRCANOV
XQ

Dünya