Türkiyənin hərbi gəmisi Liviya sahillərində təlim keçirir

post-img

Türkiyə Hərbi Dəniz Qüvvələrinin TCG Gemlik freqatı Liviya sahillərində helikopter axtarış-xilasetmə təlimi keçirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatı "Anadolu" verib. 

Nazirliyin sosial media səhifəsində yerləşdirilmiş mesaja görə, TCG Gemlik freqatı Türkiyə Hərbi Dəniz Qüvvələrinin Əməliyyat Qrupunun missiyasının bir hissəsidir.

Hərbi gəmi Liviya sahillərində helikopterlərin cəlb olunduğu axtarış-xilasetmə təlimində iştirak edib.

P.ƏMİRCANOV
XQ

Dünya