Əsəd: Türkiyə ilə münasibətlərin inkişafına hazırıq

post-img

Suriya Prezidenti Bəşər Əsəd Rusiyanın dövlət başçısı Vladimir Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşündə Suriya-Türkiyə münasibətləri barədə danışıb. Məlumatı “Anadolu” verib. 

“Suriya ölkənin bütün ərazisində suverenliyə, terrorizm və terror təşkilatlarına qarşı mübarizəyə əsaslanan Suriya-Türkiyə münasibətlərinin inkişafı üçün bütün təşəbbüslərə açıqdır”, - deyə bəyanatda bildirilir.

Lavrentyev öz növbəsində qeyd edib ki, Rusiya Suriya-Türkiyə münasibətlərinin inkişafı üçün bütün təşəbbüsləri dəstəkləyir: “Biz görürük ki, uğurlu vasitəçilik üçün şərait indi həmişəkindən daha əlverişlidir. Rusiya danışıqların irəliləməsi üçün işləməyə hazırdır. Məqsəd Suriya ilə Türkiyə arasında münasibətlərin bərpasına nail olmaqdır”.

 

P.ƏMİRCANOV

XQ

Dünya