Boliviyada çevriliş cəhdi: baş katib narahatdır

post-img

Boliviyada ölkə ordusunun komandanı vəzifəsindən uzaqlaşdırılan Xuan Xose Zuniqa hərbçiləri hökumət evinin qarşısındakı meydana toplayıb və “vətəni qaytarmaq” niyyətində olduğunu bəyan edib. Məlumatı “İzvestiya.ru” verib. 

Prezident Luis Arce isə xalqa müraciət edərək baş verənləri çevriliş adlandırıb. Hələlik La Pazın mərkəzi küçələri bağlanıb və hökumət binası mühasirəyə alınıb. 

BMT-nin baş katibi Antonio Quterreş Boliviyadakı dövlət çevrilişinə cəhddən dərin narahatdır. Bu barədə BMT-nin mətbuat xidmətinin bəyanatında deyilir.

“Anatolu”nun məlumatına görə, Quterreş bütün tərəfləri, o cümlədən ordunu Boliviyada konstitusiya quruluşunu müdafiə etməyə çağırıb. 

Bəyanatda bildirilir ki, baş katib sülh mühitinin qorunub saxlanmasını tələb edib.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya