Putin və Kim Çen In hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayıblar

post-img

Vladimir Putin və Kim Çen In arasında Pxenyanda keçirilən iki saatlıq görüş başa çatıb. Danışıqların yekunu olaraq dövlət başçıları hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.

Sənədin məzmunu ilə bağlı təfərrüatlar hələlik məlum deyil. Rusiya prezidenti bildirib ki, saziş iki ölkə arasındakı münasibətləri “uzunmüddətə” formalaşdıracaq. Onun digər sənədləri - 1961-ci il Dostluq və Qarşılıqlı Yardım Müqaviləsini, 2000-ci il Dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında müqaviləni, həmçinin 2000 və 2001-ci il Moskva və Pxenyan bəyannamələrini əvəz edəcəyi gözlənilir.

Rusiya prezidenti bir gün əvvəl iki günlük səfərlə KXDR-ə gəlib.

S.ELAY

XQ

Dünya