ABŞ administrasiyası Ukraynaya daha bir “Patriot” zenit-raket kompleksinin göndərilməsinə icazə verib. Bu barədə “The New York Times” (NYT) ABŞ administrasiyasının adı açıqlanmayan iki yüksək vəzifəli məmuruna istinadən yazır. Xəbəri “Anadolu” verib.
Onların sözlərinə görə, ABŞ Prezidenti Co Bayden ötən həftə “Patriot” sistemini Ukraynaya göndərmək qərarına gəlib.
Sistem ehtiyac duyduğu hər hansı təmir və ya modifikasiyadan asılı olaraq yaxın bir neçə gün ərzində Ukraynaya göndərilə bilər. Rəsmilər qeyd ediblər ki, bu qərar digər müttəfiq ölkələri də eyni addımı atmağa sövq edə bilər.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Polşada “Patriot” batareyasını da yerləşdirə bilər.
Bundan əvvəl ABŞ prezidenti Konqresdə Ukraynaya 61 milyard dollar məbləğində yardım ayrılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.
P.ƏMİRCANOV
XQ