NATO Macarıstana Ukraynadakı missiyada iştirak etməyəcəyinə dair zəmanət verib. TASS iyunun 12-də xəbər verib ki, bunu baş nazir Viktor Orban NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqlardan sonra deyib.
Siyasətçi Şimali Atlantika Alyansının rəhbərinə bildirib ki, Macarıstan alyansın ərazisindən kənarda, o cümlədən Ukraynada NATO-nun hərbi əməliyyatlarında iştirak etmək istəmir.
“Mən baş katibdən xahiş etdim ki, NATO ərazisindən kənarda istənilən hərbi əməliyyat yalnız könüllü ola bilər. Bunu bugünkü danışıqlarda baş katib də təsdiqləyib”, - Macarıstanın baş naziri qeyd edib.
Daha əvvəl Orban vurğulamışdı ki, Macarıstan NATO-nun Ukraynadakı missiyasına qarşıdır, lakin alyans üzvlərinin əksəriyyəti bunu dəstəklədiyi üçün bunun qarşısını ala bilmir.
P.ƏMİRCANOV
XQ