Adil Əliyevin qardaşı vəfat etdi

post-img

Milli Məclis sədrinin müavini Adil Əliyevin qardaşı Allahverdi Əliyev vəfat edib.

XQ xəbər verir ki, bu barədə məlumatı mərhumun ailəsi də təsdiqləyib. Allahverdi Əliyev sabah Şüvəlan qəsəbəsindəki Mir Mövsüm Ağa ziyarətgahındakı məzarlıqda dəfn ediləcək.

Qeyd edək ki, Allahverdi Əliyev uzun illər polis sistemində yüksək vəzifələrdə çalışıb. Onun pensiyaya çıxanadək sonuncu iş yeri DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu üzrə polis şöbəsinin rəisi vəzifəsi olub.

Allah rəhmət eləsin !

XQ

Son xəbərlər