Kreml: Avropa Parlamentində sağçıların populyarlığı artır

post-img

Rusiya Avropa Parlamentində (AP) qüvvələr balansını yaxından izləyir və avropapərəst qüvvələrin ardınca sağçı partiyaların populyarlığının artması istiqamətində dinamika görür. Məlumatı “Anadolu” verib. 

Rusiya dövlət mediası xəbər verir ki, bu barədə bazar ertəsi, iyunun 10-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib: “Biz sağçı partiyaların populyarlığının artmasında dinamika görürük. Bunu adi gözlə görmək olar”.

Rusiya liderinin mətbuat katibi deyib ki, hələlik avropapərəstlər lider mövqeyini qoruyub saxlasalar da, zaman keçdikcə sağ partiyalar da ayaq üstə duracaqlar. “Buna görə də biz prosesi diqqətlə izləyirik", - Peskov bildirib.

O hesab edir ki, Avropa Parlamentinə seçkilərin nəticələri göstərir ki, əksəriyyət avropapərəst və ukraynayönlü olacaq. “Görünür, əksəriyyət, həqiqətən də, avropapərəst və ukraynayönlü olacaq. Biz bunu görürük. Bununla belə, Avropa Parlamentinin gələcək tərkibi də təhlil edilməlidir”, - Kreml nümayəndəsi davam edib.

Peskov Fransanın ifrat sağçılarının Avropa Parlamentinə seçkilərdəki nəticəsini və daha sonra Milli Assambleyanın buraxılmasını daxili məsələ adlandırıb.

P.ƏMİRCANOV
XQ

Dünya