Avropa Parlamentinə seçkilərin ilkin nəticələri açıqlanıb.
İyunun 6-dan 9-dək Aİ-nin bütün ölkələrində 2024-2029-cu illər çağırışı üzrə AP-yə seçkilər keçirilib. Məlumatı “Anadolu” verib.
Almaniyada ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası ikinci yeri tutub. Birinci yerdə müxalif mühafizəkar Xristian Demokrat İttifaqı-Xristian Sosial İttifaqıdır. Üçüncü yeri Almaniya kansleri Olaf Şoltsun Sosial Demokrat Partiyası tutub.
Hollandiyada RE və ifrat sağçı Kimlik və Demokratiya partiyalarının hər biri 7 yer, sağ mərkəzçi Avropa Xalq Partiyası (EPP) 6, Yaşıllar isə 4 yer qazanıb.
Avstriyada liderliyi ifrat sağçı Avstriya Azadlıq Partiyası tutur.
Yunanıstandan EPP 8, sollar 4 yer alıb.
2024-cü ildə avropalı deputatların sayı 705-dən 720-yə qədər genişləndiriləcək.
Bu seçkidə ilk dəfə olaraq AP seçkilərində 705 əvəzinə 720 deputat seçilib. Bölüşdürmə ölkələrin əhalisini nəzərə alır. İlk beşliyə Almaniya - 96, Fransa - 81, İtaliya - 76, İspaniya - 61, Polşa – 53 daxildir.
P.ƏMİRCANOV
XQ