"Balet, ömrüm mənim". Sənədli film

post-img

Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə kino” layihəsi çərçivəsində görkəmli balet ustaları, Azərbaycan Respublikasının Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun  yaradıcılığına həsr olunmuş “Balet, ömrüm mənim” adlı sənədli film nümayiş olunub.

Film nümayişi çərçivəsində, həmçinin ekran əsərinin yaradıcı heyəti və balet ustalarının yaxınları ilə görüş keçirilib. Görüşdə görkəmli baletmeyster Maqsud Məmmədovun 95 illik yubileyi münasibətilə təbriklər səsləndirilib, eyni zamanda mərhum baletmeyster, milli balet səhnəsinin əfsanəsi adlandırılan Rəfiqə Axundovanın xatirəsi ehtiramla yad olunub. Yaradıcı heyət tərəfindən filmin çəkilişi zamanı yaşanan maraqlı anlardan söhbət açılıb, görüş iştirakçıları filmlə bağlı öz təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, sənədli film Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi ilə “Dublyaj” studiyasında istehsal olunub. Filmin ssenari müəllifi Raya Abbasova, rejissoru Gülər Tokgözdür.





























Mədəniyyət