Otuz ölkə BRİKS-lə əməkdaşlığa can atır

post-img

Hazırda BRİKS-də müxtəlif ölkələrdən 30-a yaxın əməkdaşlıq təkliflərinə baxılır. Bunu iyunun 7-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Birinci Kanala şərhində bildirib. Məlumatı “İzvestiya.ru” verib. 

“BRICS hazırda böyük, kiçik və orta ölçülü müxtəlif ölkələrdən müxtəlif əməkdaşlıq formalarının yaradılmasını təklif edən 30-a yaxın müraciəti nəzərdən keçirir”, - deyə Lavrob bildirib.

Nazir əlavə edib ki, bununla bağlı assosiasiyada tərəfdaş ölkələr kateqoriyası yaradılacaq. O qeyd edib ki, bu formatın təfərrüatları və iştirak üçün müraciət edən ölkələr üçün uyğunluq meyarları daha sonra təqdim olunacaq.

 

P.ƏMİRCANOV

XQ

Dünya