İraq və Suriyada 16 terrorçu zərərsizləşdirilib

post-img

Türkiyə hərbçiləri Şimali İraq və Suriyada PKK/YPG terror təşkilatının ümumilikdə 16 üzvünü zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Xəbəri “Anadolu” verib. 

Nazirliyin məlumatına görə, İraqın Hakurk və Metina bölgələrində 14 yaraqlı zərərsizləşdirilib.

Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fərat qalxanı” antiterror  əməliyyatı zonasında daha iki terrorçu zərərsizləşdirilib.

Müdafiə Nazirliyi “terrorizm mənbəyində məhv edilənə qədər əməliyyatların qətiyyətlə davam etdiriləcəyini” vurğulayıb.

 

P.ƏMİRCANOV

XQ

Dünya