ABŞ senatoru: Nüvə müharibəsi riski böyükdür

post-img

Prezident Co Baydenin Ukrayna Silahlı Qüvvələrinin  Rusiya ərazisinə Vaşinqtonun verdiyi silahlarla zərbələr endirməsinə razılıq verməsi ilə əlaqədar ABŞ nüvə münaqişəsinə doğru irəliləyir. Bu barədə Ohayo senatoru Ceyms Devid Vens iyunun 3-də X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

Xəbəri “İzvestiya.ru” yayıb. 

“Mənə elə gəlir ki, nüvə müharibəsi riski indi yaddaşımda heç vaxt olmadığı qədər çoxdur” – deyə senator bildirib.

Vensə görə, Prezident Bayden “dəlicəsinə” üçüncü dünya müharibəsinə doğru irəliləyir”. 

 

P.ƏMİRCANOV

XQ

Dünya