Peskov: Avropa İttifaqının Orbana təzyiqi əndazəsizdir

post-img

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Macarıstanın baş naziri Viktor Orban ölkəsinin maraqlarını düşündüyünə görə Avropa İttifaqının rəhbərliyi tərəfindən təzyiq altındadır. Bu barədə “İnterfaks.ru” məlumat verib. 

O, Aİ rəhbərliyinin anti-Rusiya sanksiyalarına müqavimət göstərdiyinə görə Macarıstanı cəzalandırmaq planları ilə bağlı mətbuatda yayılan məlumatlara dair brifinqdə belə deyib.

“Aİ-yə üzv ölkələrlə bağlı hər hansı məcburi qərarlar qəbul ediləndə, əlbəttə ki, Budapeşt ilk növbədə bu qərarları öz maraqları baxımından təhlil edir”, – deyə Peskov izah edib: “Brüsseldə belə müstəqillik hamıya xoş gəlmir, buna görə də Orban və bütün Macarıstan rəhbərliyi açıq-aşkar təzyiqlərə məruz qalır, məncə, bu, kifayət qədər əndazəni aşmaq deməkdir”.

P.ƏMİRCANOV
XQ

Dünya