Budapeşt bir sıra Qərb rəsmilərinin Ukraynadakı vəziyyətlə bağlı bəyanatlarından dəhşətə gəlir və bu cür bəyanatları gərginliyin genişlənməsinə xidmət etdiyini bildirir. Bu barədə mayın 29-da Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Məlumatı “İzvestiya.ru” verib.
“Biz eskalasiyaya yönəlmiş bəyanatlara dəhşətlə qulaq asırıq. Avropa İttifaqı və ya NATO ölkələri öz əsgərlərini göndərmək istədikləri barədə danışanda dəhşətlə dinləyirik. Biz atom silahının mümkün istifadəsi ilə bağlı bəyanatlara dəhşətlə qulaq asırıq”, - deyə o, Minskdə belaruslu həmkarı Sergey Aleyniklə görüşü zamanı deyib.
Macarıstan diplomatı vurğulayıb ki, Ukraynadakı vəziyyəti yalnız danışıqlar və atəşkəs yolu ilə həll etmək olar. O, həmçinin qeyd edib ki, Macarıstan və Belarus qonşuluqda yerləşdiyi üçün münaqişənin nəticələri ilə də üzləşirlər.
P.ƏMİRCANOV
XQ