Macarıstan XİN: “Dostluq” neft kəməri olmadan ölkəni neftlə təmin etmək mümkün deyil

post-img

Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto bildirib ki, Macarıstan neftinin 80 faizini Belarus vasitəsilə alır. O, bu mövzunu Minskdə belaruslu həmkarı Sergey Aleyniklə danışıqlardan sonra qaldırıb. Cənab Siyarto Belarusun Macarıstana neft tədarükü ilə bağlı yardımını davam etdirəcəyinə ümid etdiyini bildirib.

“Biz Belarusa tranzitə zəmanət verdiyinə görə təşəkkür edirik. "Dostluq" neft kəməri olmadan Macarıstana təhlükəsiz neft tədarükü mümkün deyil. Və bu, siyasi səbəblərə görə deyil, fiziki səbəblərə görədir: nefti Macarıstana aparacaq başqa belə boru kəməri yoxdur”, - deyə macar nazir izah edib (BELTA-dan sitat).

Karbohidrogenlərin nəqli üçün dünyada ən böyük boru kəməri olan "Dostluq" 1964-cü ildə istifadəyə verilib. Uzunluğu - 8900 km, gücü - ildə 66,5 milyon ton təşkil edir. Buraya 46 nasos stansiyası, 38 aralıq nasos stansiyası daxildir ki, onların çən parkı 1,5 milyon kubmetr neft saxlaya bilir.

S.ELAY

XQ

Dünya