Gələcəkdə robotlar və süni intellekt (AI) insanları istənilən mal və xidmətlə təmin edəcək. Bu proqnozu amerikalı iş adamı İlon Mask verib: “Əgər hobbi kimi işləmək istəyirsinizsə, işləyə bilərsiniz. Amma əks halda, süni intellekt və robotlar sizi lazım olan bütün mal və xidmətlərlə təmin edəcək”.
İş adamı süni intellekt texnologiyalarının “siyasətə” qoşulmasının əleyhinədir. O hesab edir ki, bu, süni intellekti “yalan danışmağa” öyrədəcək. Eyni zamanda, “son dərəcə təhlükəlidir və potensial olaraq insanlığın məhvinə səbəb ola bilər”. Çünki saxta məlumat yaratmaq üçün dərin kompüter biliklərinə ehtiyac yoxdur. Açar sözlər və mətn daxil etməklə istənilən nəticəni əldə etmək mümkündür.
Süni intellekt, şübhəsiz ki, redaksiyalar üçün də bir sıra geniş imkanlar yaradır. Buraya mətnlərin orijinal və innovativ formada hazırlanması, fotoşəkillərə şərh verilməsi, nitqin mətnə çevrilməsi kimi sahələr daxildir. Amma bu məlumatların təhlükəli istiqamətə yönəldilməsi də mümkündür.
Xatırladaq ki, İ.Mask bu ilin martında bildirmişdi ki, 2025-ci ildə süni intellekt istənilən insandan, 2029-cu ilə qədər isə bütün insanlardan daha ağıllı olacaq.
PÜNHAN
XQ