Bu gün səhərdən Ermənistanda etiraz aksiyaları keçirilir

post-img

Ermənistanda mayın 27-də səhər saatlarından etibarən müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs mübarizə” adlı vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Bu barədə hərəkatın Telegram kanalında məlumat verilib. Xəbəri “İzvestiya.ru” yayıb. 

İrəvanın mərkəzində etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Onlar Azərbaycanla sərhədin delimitasiyası siyasətindən də narazılıqlarını bildirilər. 

Etirazçılar İrana gedən magistral yolu bağlayıblar. Bundan başqa, İrəvanın özündə də bəzi küçələr bağlıdır.

Qeyd edək ki, mayın 26-da İrəvanda etiraz aksiyaları keçirilib və həmin aksiyada “Vətən naminə Tavuş” müxalifət hərəkatının lideri Qurgen Melikyan təşkilatın ölkənin baş naziri postuna arxiyepiskop Qalstanyanın namizədliyini irəli sürdüyünü bəyan edib. Qalstanyanın özü də Ermənistanın baş naziri postuna namizədliyini irəli sürmək istəyi ilə əlaqədar vəzifədən uzaqlaşdırılmasını xahiş edib. Melikyan əlavə edib ki, etirazlardan sonra Paşinyanla şəxsən görüşmək istəyir. 

P.ƏMİRCANOV
XQ

Dünya