Göygöl rayonunda Aşıq Şəmşir adına Uşaq Musiqi məktəbinin 70 illik yubileyi qeyd olunub.
Göygöl Rayon Aşıq Şəmşir adına Uşaq Musiqi məktəbinin 70 illik yubleyinə həsr olunumuş tədbirdə ziyalılar, söz-sənət adamları, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbiri Göygöl Rayon Aşıq Şəmşir adına Uşaq Musiqi məktəbinin direktoru Nuranə Quliyeva açaraq məktəbin uğurları və nailiyyətləri haqqında geniş məlumat vermişdir.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini, Aşıq Şəmşirin nəvəsi Cavid Qurbanov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin sektor müdiri Nurəddin Babazadə çıxış edərək məktəbin mədəniyyətə və incəsənətə verdiyi töhvələrdən danışmış, kollektivə daha böyük nailiyyətlər arzulamışlar. Tədbirdə məktəbin müəllimləri, şagirdləri, məzunları və incəsənət ustaları konsert proqramı ilə çıxış etmişlər.
Sonda Fəxri Fərmanlar təqdim olunmuş, xatirə şəkli çəkdirilmişdir.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri
Göygöl rayonu