G7-nin maliyyə nazirləri Rusiyanın dondurulmuş aktivlərindən istifadə variantlarını hazırlayıblar

post-img

Bloomberg və Reuters İtaliyada keçirilən ikigünlük görüşdə G7 ölkələrinin maliyyə nazirləri tərəfindən razılaşdırılan kommünike layihəsindən çıxarışlar dərc edib. Layihədə bildirilir ki, iclasda dondurulmuş Rusiya aktivlərindən istifadə variantları (“sənəd üçün əsas”) təqdim edilib. Bu variantlar iyunun 13-dən 15-dək İtaliyanın Puglia bölgəsində baş tutacaq sammitdə G7 liderləri tərəfindən müzakirə olunacaq. Kommunike layihəsindən belə çıxır ki, Rusiyanın aktivləri – təxminən 300 milyard dollar – Rusiya Ukraynaya vurduğu ziyanı bərpa edənə qədər dondurulmuş vəziyyətdə qalacaq.

G7-nin maliyyə nazirlərinin görüşü bir gün əvvəl, mayın 24-də İtaliyanın Stresa şəhərində başlayıb. Bu gün nazirlər Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya yardıma yönəldilməsi planının layihəsini təqdim edəcəklər. Reuters aydınlaşdırır ki, işlənib hazırlanmasını tələb edən çoxlu sayda texniki və hüquqi aspektlərə görə Stresada təfərrüatlı razılaşma gözləmək lazım deyil. Agentlik onu da qeyd edir ki, bu gün Ukraynanın maliyyə naziri G7 nazirlərinə qoşulmalıdır.

Mayın 21-də Avropa İttifaqı bloklanmış aktivlərdən əldə edilən gəlirlərin Ukraynaya kömək məqsədilə istifadəsini təsdiqləyib. 2024-cü ildə Kiyev 3 milyard avro almalıdır. Kreml Aİ-nin qərarını ekspropriasiya ( mülkiyyətdən məhrumetmə-red.) adlandırıb. Mayın 23-də Rusiya prezidenti Vladimir Putin dəymiş ziyanın ödənilməsi üçün ölkədəki Amerika mülkiyyətindən istifadəyə icazə verən fərman imzalayıb.

S.ELAY

XQ

Dünya