Almaniya kansleri Olaf Şolts üçüncü Patriot hava hücumundan müdafiə sisteminin Ukraynaya təhvil verildiyini açıqlayıb. Onun sözlərini "Stern" sitat gətirir.
Almaniya kanslerinin sözlərinə görə, bu, asan qərar deyildi, çünki Almaniyada belə sistemlər çox deyil.
“Patriot” sistemlərindən əlavə, Ukrayna döyüş tankları, çoxsaylı buraxılış raket sistemləri və digər ağır texnikalar alır. Şolts Berlinin çağırışı ilə bir sıra ölkələr artıq yeni təchizat elan edib.
Siyasətçi əlavə edib ki, hələlik Ukraynaya silah vermək istəyənlər çox deyil. Onun sözlərinə görə, bu, üzücüdür, çünki Ukrayna qoşunlarına təcili olaraq daha çox hava hücumundan müdafiə sistemləri lazımdır.
Ötən həftə Avropa İttifaqı Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə dair sənəd layihəsini razılaşdırıb. O, Kiyevə siyasi, hərbi və iqtisadi yardım nəzərdə tutur, lakin Aİ əsgərlərinin münaqişədə iştirakını istisna edir. Eyni zamanda, sənəd ittifaqın ayrı-ayrı üzv ölkələrinin Ukrayna ilə əvvəllər imzaladıqları “təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli sazişlər kimi hüquqi cəhətdən məcburi olmayan” öhdəliklərə istinad edir.
Ukrayna prezidenti Volodimir Zelenski Kiyevə səfərə gələn ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdə bildirib ki, Xarkov və regiona iki ədəd "Patriot" müdafiə sistemi lazımdır.
S.ELAY
XQ