Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada BMT-nin Baş katibi Antonio Quterreşin Kipr üzrə şəxsi nümayəndəsi Maria Angela Holguin Cuelları qəbul edib.
Xəbəri XİN-in mətbuat xidmətinin sosial şəbəkələrdə yayılmış məlumatına istinadən “Anadolu” verib.
Mətbuat xidməti həmçinin xarici işlər naziri ilə BMT baş katibinin Kiprdəki nümayəndəsinin birgə fotosunu paylaşıb.
P.ƏMİRCANOV
XQ