2024-cü ildə Almaniyanın "Rheinmetall" konserni Kiyevə “yüz minlərlə” mərmi göndərəcək. "Handelsblatt" xəbər verir ki, bu barədə şirkətin rəhbəri Armin Papperger bildirib.
O qeyd edib ki, bu sıraya 100 kilometr atəş məsafəsinə malik artilleriya mərmilərinin prototipləri daxil olacaq. Onun sözlərinə görə, Qərb adi müharibəyə, o cümlədən silah-sursat istehsalının azalmasına görə hazır deyil. O bildirib ki, bu səbəbdən onun şirkəti Almaniyadan kənarda yeni müəssisələr tikir.
S.ELAY
XQ